
"Canal+" Liqa 1-ə pul ödəməkdən imtina etdi
- 01 May 2020 13:38
- 734
Fransanın çempionatının oyunlarını yayımlayan "Canal+" Liqa 1-lə müqaviləni pozub.
Rekord.az "L'Equipe"yə istinadən xəbər verir ki, buna ölkə çempionatının vaxtından əvvəl başa çatdırılması səbəb olub.
Telekanalın Liqa 1-ə 243 milyon avro ödəməyəcəyini bildirilib
Qeyd edək ki, dünən Fransa çempionatına vaxtından əvvəl yekun vurulub və PSJ 2019/2020 mövsümünün qalibi olub.