
Bundesliqa klubunun qapıçısı 6 aylıq sıradan çıxdı
- 06 Okt 2022 22:30
- 399
Almaniyanın “Leypsiq” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisinin qapıçısı Peter Qulaçi uzun müddətə sıradan çıxıb.
O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Şotlandiya “Seltik”inə 3:1 hesabıyla qalib gəldikləri oyunda zədələnib.
Macarıstandan olan 32 yaşlı qapıçının müayinələrdən keçdikdən sonra azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.