
Bundesliqa klubundan yeni transfer
- 13 İyn 2023 13:21
- 343
“Kopenhagen”in hücumçusu Mikkel Kaufmann karyerasını Almaniyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, o, Almaniyanın “Union” (Berlin) klubu ilə müqavilə imzalayıb.
22 yaşlı futbolçu yeni komandasında 9 nömrəli forma geyinəcək.
Danimarkalı 2022/23 mövsümünü 2-ci Bundesliqa təmsilçisi “Karlsrue”də keçirib. Kaufmann adıçəkilən klubun heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.