Almaniyanın “Bayer” klubu yarımmüdafiəçisi Florian Virtslə müqaviləni yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin iyununa qədər artırılıb.

Virts “Bayer”in öz yetiməsidir. O, 2020-ci ildən əsas komandaya cəlb olunur.