Almaniyanın “Ayntraxt” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, mövsüm bitən kimi Oliver Qlasnerlə vidalaşan Bundesliqa təmsilçisi Dino Toppmöllerlə anlaşıb.

42 yaşlı mütəxəssislə müddəti 2026-cı ilin iyununa kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.

2010-cu ildən məşqçiliyə başlamış Toppmöller son olaraq “Bayern”də sabiq baş məşqçi Yulian Nagelsmannın köməkçisi olub.