“Leypsiq” Marko Rouzun yeni baş məşqçi təyin olunduğunu açıqlayıb.

Rekord.az xəbər verir ki, 45 yaşlı alman mütəxəssislə müqavilə 2024-cü ilin iyunun sonuna kimi qüvvədə olacaq.

Rouz “Leypsiq”in “sükanı arxasında” 2021-ci ilin dekabrından komandaya rəhbərlik etmiş Domeniko Tedeskonu əvəzləyib. Tedesko sentyabrın 7-də istefaya göndərilib.

Rouzun əvvəlki klubu 2021-ci ilin iyulundan 2022-ci ilin mayına kimi rəhbərlik etdiyi Dortmund “Borussiya”sı idi.

“Leypsiq” Bundesliqada 5 oyundan sonra 5 xalla 11-ci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Şaxtyor”a (Donetsk) uduzub (1:4). Bu məğlubiyyətdən sonra Tedesko baş məşqçi postundan qovulub.