İngiltərənin “Liverpul” klubunun futbolçusu Tayvo Avonyi karyerasını Almaniyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Union Berlin” klubuna keçib.

Bu barədə Berlin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tayvo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

2015-ci ildən “Liverpul”da çıxış edən Tayvo ötən mövsümü icarə əsasında məhz “Yunion”da keçirib. Nigeriyalı hücumçu Bundesliqada 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.