
Bu rayona I Divizionda oynamaq təklif olunub
- 14 Apr 2023 13:00
- 692
Quba rayon icra hakimiyyətinə yeni komanda yaradıb I Diviziona buraxmaq ideyası ilə bağlı müraciət olunub.
Rekord.az-a daxil olan məlumata görə, bu işdə AFFA-ın da maraqlı olduğu deyilir.
Səbəb isə bu rayonda gözəl, müasir, 5100 nəfərlik stadionun olmasıdır. Deyilənə görə, AFFA rayon rəhbərliyinə komanda formaladırmağı və müəyyən büdcə, sponsor tapmağı tövsiyyə edib. Bildirilib ki, 300 min manat da federasiya tərəfindən ödəniləcək. Hələlik rayon rəhbərliyindən cavab yoxdur.