Dortmund "Borussiya"sı yeni mövsüm üçün ikinci transferini edib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Frayburq"un  futbolçusu Niko Şlotterbeki heyətinə qatıb.

Almaniya millisinin müdafiəçisi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb. Müqavilə bu mövsüm başa çatdıqdan sonra qüvvədə olacaq.

Qeyd edək ki, Borussiya" bundan əvvəl yeni mövsüm üçün "Bavariya"dan Niklas Süleni transfer etdiyini açıqlamışdı.