Almaniyanın “Borussiya” (Dortmund) klubunda futbolçu Ceydon Sançonun taleyinə aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, 20 yaşlı cinah hücumçusu yeni mövsümdə də komandada qalacaq.

Bu barədə “Borussiya”nın idman direktoru Mixael Zork klubun rəsmi saytına açıqlamasında deyib. O, Sançonon yeni mövsümdə də “Borussiya”da olacağını və futbolçunun müqaviləsinin 2023-cü ilə qədər uzatdıqlarını bildirib.

İngiltərə yığmasının üzvü 2017-ci ildən “Borussiya”nın uğurları üçün çalışır.