
"Borussiya" Roysu itirdi
- 18 Sen 2022 11:00
- 370
Dortmund "Borussiya"sının kapitanı Marko Roys Almaniya Bundesliqasının 7-ci turunda hazırda davam edən "Şalke" ilə matçda ayağından zədə alıb.
Rekord.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 32-ci dəqiqədə əlləri ilə üzünü bağlayaraq meydanı xərəkdə tərk edib.
Almaniya millisinin üzvünün zədəsinin ciddiliyi hələlik məlum deyil.
Qeyd edək ki, "Borussiya" hazırda sözügedən görüşdə 1:0 öndədir.