Boksçularımız Serbiyada beynəlxalq turnirdə iştirak edəcək
- 2022-09-10 18:30
- 458
Sentyabrın 14-18-də Serbiyanın Subotitsa şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir keçiriləcək.
Rekord.az xəbər verir ki, yarışda Azərbaycan millisi oğlan idmançıların mübarizəsində qüvvəsini sınayacaq.
Komandamız turnirdə baş məşqçi Elbrus Rzayev və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 12 boksçu ilə təmsil olunacaq. Serbiyada ölkəmizin idman şərəfini Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Nadir Məlikov (57 kq), Tacı Tağızadə (60 kq), Səid Abdullayev (63,5 kq), Sənan Hətəmov (67 kq), Daniel Xolostenko (71 kq), Rza Rzazadə (75 kq), Fətəli İsmayılov (80 kq), Rəşid Məmmədov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadə (+92 kq) qoruyacaqlar.
Subotitsaya sentyabrın 12-də yollanacaq yığma ayın 20-də Vətənə qayıdacaq.
Turnirdə 24 ölkədən 226 (176 oğlan, 50 qız) boksçu gücünü yoxlayacaq. Yarışın püşkatması sentyabrın 13-də olacaq.
Turnirdə iştirak dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.