Boksçularımız İrəvandakı Avropa çempionatında iştirak edəcəkmi?
- 2022-02-10 16:00
- 579
“Azərbaycanda böyük boks ənənələri olub. Federasiya üzvlərinin mənə etimad göstərilməsini böyük sevinc hissi ilə qarşıladım. İstər Ağacan Abiyevin, istərsə də Kəmaləddin Heydərovun dövründə federasiyada yaxşı işlər görülüb”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev deyib.
O, görüləcək işlərdən danışıb: “Boks Azərbaycanda Olimpiya yarışlarında ən çox medal verən ikinci idman növüdür. Biz beynəlxalq əlaqələrimizi gücləndirməliyik. Bu il bizi bütün kateqoriyalar üzrə 7 beynəlxalq yarış gözləyir. 21-31 may tarixlərində keçiriləcək kişilər arasında Avropa çempionatı İrəvana salınsa da, istənilən yarışda iştirak edə bilərik. Bizim bunun üçün potensialımız var. Ancaq bunun üçün federasiyanın baş katibi və məşqçilər heyəti ilə də müzakirə aparılacaq”.
Qeyd edək ki, Boks Federasiyasının əvvəlki prezidenti Kəmaləddin Heydərov idi. (oxu.az)