Şəmkir Olimpiya İdman Kompleksində "Xocalı Faciəsinin" ildönümünə həsr olunmuş yeniyetmələr arasında Boks idman növü üzrə Şəmkir Rayon Açıq Birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda Şəmkir komandasını Şəmkir rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin boks idman növü üzrə idmançıları təmsil edib.

Yarışda komanda hesabı ilə 1ci yerə Şəmkir komandası, 2-ci yer Qazax komandası, 3-cü yer Tovuz komandası layiq görülmüşdür. Qalib idmançılar diplomla təltif edilib.