
Boks millilərimiz təlim-məşq toplanışına başlayıb
- 13:20
- 47
Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb.
Rekord.az xəbər verir ki, hazırlıq Bakı Boks Mərkəzində keçirilir.
Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.
Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət milli paytaxtda avqustun 15-dək hazırlıq keçəcək. Komanda toplanışın növbəti mərhələsi üçün ölkə xaricinə yollanacaq. İlkin Ağayevin baş məşqçisi olduğu qızlardan ibarət yığmanın məşqləri isə Bakıda davam edəcək.
Toplanış Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq xarakteri daşıyır.