
Bloxin və Belanovdan Cekoya kimi hər kəs həmrəy oldu: Rusiya ilə oyunu ləğv edin
- 12 Sen 2022 12:00
- 510
Keçmişdə Kiyevin "Dinamo" və SSRİ yığmasının əfsanəvi oyunçuları, Avropanın 1975-ci ildə ən yaxşı oyunçusu Oleq Bloxin və Avropanın 1986-cı ilin ən yaxşı oyunçusu İqor Belanov Bosniya və Herseqovinanın milli yığmasının futbolçularına Rusiyanın yığmasına qarşı oynamamağa çağırış edib.
Rekord.az xəbər verir ki, bu barədə Ukraynanın futbol assosiasiyasının rəhbəri Andrey Pavelko bəyan edib.
Ukrayna futbol assosiasiyası icraiyyə komitəsi Bosniya və Herseqovina futbol assosiasiyasının rəhbərliyinə Rusiya komandasını UEFA və FİFA-nın himayəsi altında beynəlxalq yarışlardan kənarlaşdıran bütün sivil futbol dünyası ilə həmrəylik nümayiş etdirməyə çağırış edib, Pavelko qeyd edib.
Bosniya və Herseqovina futbol federasiyasının milli yığmasının Rusiya yığmasına qarşı oyun keçirməyə razılıq verməsi Bosniya futbolunun liderləri Elin Ceko və Miralem Pyaniçin neqativ münasibəti ilə üzləşib. Hər iki futbolçu Rusiya yığmasına qarşı oynamaqdan imtina edib.
"Hələ ki, günahsız insanlar əzab çəkir, mən oyunun əleyhinəyəm. Mən həmişə istisnasız olaraq sülhün tərəfdarı olmuşam və bu çətin günərdə Ukrayna xalqı ilə həmrəy olmaq istəyirəm", - Ceko deyib.
Bundan öncə UEFA təmsilçiləri bəyan edib ki, Rusiya yığmasının yoldaşlıq görüşlərinin keçirilməsi Avropa futbol assosiasiyası ittifaqı icraiyyə komitəsinin Rusiya komandalarının UEFA-nın himayəsi altında yarışlardan kənarlaşdırılması haqqında qərarına şamil edilmır.
KİV-lər iddia edir ki, Bosniya və Herseqovinanın futbol federasiyası oyuna görə 200 min avro alacaq. Rusiya tərəfi bosniyaçıların gediş haqları və Sankt-Peterbiurqda qalması üçün bütün xərcləri öz üzərinə götürəcək.
Oyun noyabrın 19-na təyin edilib. Bu, 24 fevraldan sonra Rusiyada keçiriləcək ilk futbol yarışmasıdır.
Bosniya və Herseqovinanın futbol birliyi cəmiyyətlə birgə noyabr ayında Rusiyanın şimal paytaxtına yığmanın səfəri barədə məlumatı əsəbi halda qarşılayıb.
Sosial şəbəkələrdə bir çox şərhşilər bu qərarı neqativ dəyərləndirib.
Bosniya və Herseqovinanın peşəkar futbolçular ittifaqı bəyan edib ki, oyunun keçiriləcəyi təqdirdə ölkənin, yığmanın və mili komanda oyunçularının nüfuzuna zərbə vurulacaq.
Sarayevonun meri Bencamin Kariç də matçın əleyhinə çıxıb, oyunun keçiriləcəyi təqdirdə ölkənin futbol assisiasiyası ilə əməkdaşlığa son qoyacağını bəyan edib.
"Sarayevo təcavüzkarların mühasirəsində ən uzun müddət qalan şəhər kimi və mən, şəhərin meri kimi, furbol assosiasiyasının Rusiya ilə yoldaşlıq matçının keçirilməsi qərarını pisləyirəm. Mən Bosniya və Herseqovina futbol assosiasiyası, məşqçi qərargahı və oyunçuları üçün bu oyundan imtina etməsini mənəvi borc hesab edirəm", - Kariç bəyan edib.
Rusiya yığması sentyabrın 24-də Bişkekdə Qırğızıstan yığması ilə yoldaşlıq matçı keçirməyi planlaşdırır. Həmçinin noyabr ayında rusiyalıların iranlılara qarşı mümkün yoldaşlıq görüşü barədə məlumatlar var.