Bu gün Azərbaycan millisinin media üçün açıq məşqindən əvvəl komandanın kapitanı Emin Kürdov jurnalistlərin suallarını cavablandırıb.


Rekord.az xəbər verir ki, o, bunları söyləyib:


“Dünəndən məşqlərə başlamışıq. Danimarka ilə iki oyun keçirəcəyik ki, bu da bizim üçün yaxşı fürsətdir. Çünki payızda dünya çempionatının seçmə oyunlarında iştirak edəcəyik. Komandanın tam formalaşması, gənc oyunçuların təcrübə qazanması baxımından Danimarka ilə qarşılaşmalar önəmlidir. Komandamızda yeni futzalçılar az deyil. Millinin potensialı var, sadəcə bir qədər zaman lazımdır. Əlbəttə, dünya çempionatında da yaxşı nəticələr qazanmalıyıq”.