
“Bizə mümkün rəqiblər arasında ən çətini düşdü”
- 02 Sen 2025 18:40
- 46
UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkü atılıb.
Rekord.az xəbər verir ki, “Sabah” mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Püşkün nəticəsinə əsasən, komanda bu mərhələdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq. “Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç püşkün nəticəsini dəyərləndirib:
“Bizə mümkün rəqiblər arasında ən çətini düşdü. Fransa futbol məktəbi bütün dünyada yaxşı tanınır. “Nant” Fransanın məşhur akademiyalarından biri hesab edilir, iki il əvvəl Gənclər Liqasının yarımfinalçısı olublar. Buna baxmayaraq, rəqibdən çəkinmirik və Azərbaycan futbolunu ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. “Nant”la görüşləri səbirsizliklə gözləyirik. Bu oyunların futbolçularımız üçün böyük bir təcrübə olacağını düşünürəm”.