Azərbaycan 1-ci divizionunda 2022/2023-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Rekord.az PFL-in saytına istinadən xəbər verir ki, ərasim 11 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq.

Saat 15:00-da başlanacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.

Qeyd edək ki, 1-ci divizionda yeni mövsüm 24 avqustda start götürəcək.