
Bir dəqiqəlik sükut zamanı Vinisiusu təhqir etdilər
- 19 Fev 2023 18:00
- 388
Futbol üzrə İspaniya La Liqasının 22-ci turunun “Osasuna” – “Real” matçı zamanı xoşagəlməz hadisə yaşanıb.
Rekord.az xəbər verir ki, matçdan öncə Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən, azarkeşlərdən biri “Real”ın hücumçusu Vinisius Junioru təhqir edib.
Tribunadakı həmin azarkeş sükutu pozaraq bu sözləri qışqırıb: “Vinisius, sən fahişənin oğlusan!”
Xatırladaq ki, Vinisius bu mövsüm irqçilik zəminində bir neçə dəfə azarkeşlərin təhqirlərinə məruz qalıb.
“Osasuna” ilə görüşdə “Real” 2:0 hesabı ilə qalib gəlib.