Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 10 may 2023-cü il tarixində 143 №-li tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məktəblilər arasında “Şən startlar” əyləncəli idman oyunu keçirilib.

Rekord.az xəbər verir ki, oyunun nəticəsinə əsasən 1-ci yeri “Şir” komandası , 2-ci yeri “Qartal” komandası, 3-cü yeri “Zirvə” komandası tutub.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və 143 №-li tam orta məktəbin direktoru Rübabə Abdullayeva iştirak edib.