Uels millisinin və "Real"ın futbolçusu Qaret Beyl zədələnib.

Rekord.az AS nəşrinə istinadən xəbər verir ki, o, yığmanın düşərgəsində zədə alıb. Onun baldır əzələsində problem aşkarlanıb. Bu səbəbdən hücumçu millinin düşərgəsini tərk edib. Onun DÇ-2022-nin seçmə mərhələsində Belçika ilə keçiriləcək oyunu buraxacağı qeyd olunub. Beyl tibbi müayinə üçün Madridə yollanacaq. 

Qeyd edək ki, 32 yaşlı futbolçus DÇ-2022-nin seçmə mərhələsində Belarusla görüşdə zədələnib və fasilədə əvəzlənib.