
“Beşiktaş”dan ayrılan futbolçu Premyer Liqa klubunda
- 10 Avq 2025 18:41
- 45
"Beşiktaş"dan ayrılan Artur Masuakunun yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, o, "Sanderlend"ə keçib. Bu haqda İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı sol cinah müdafiəçisi Premyer Liqa klubu ilə 2 illik müqavilə imzalayıb .
O, "Beşiktaş"da 108 oyun keçirmişdi və 18 məhsuldar ötürmə etmişdi.