Türkiyənin “Beşiktaş” klubu yeni müqaviləyə imza atıb.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Ersin Destanoğlu ilə yeni müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Ersin illik 13 milyon TL maaş alacaq.

Destanoğlu “Beşiktaş”ın yetirməsidir. O, “qara qartallar”ın əsas komandası ilə 91 rəsmi matçda meydana çıxıb.