Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Bernli” klubunun hücumçusu Vout Veqhorstu heyətinə cəlb edib.

Bu barədə “qara-qartallar”ın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu 2022/23 mövsümün sonuna qədər İngiltərə klubundan icarəyə götürülüb.

Vout Veqhorst “Bernli”yə bu ilin yanvarında Almaniyanın “Volfsburq” klubundan 12 milyon funt-sterlinq qarşılığında transfer olunmuşdu. Amma niderlandlı hücumçu bu komandanın heyətində cəmi 20 oyuna çıxıb və 2 qola imza atıb. Hücumçu Niderland yığmasında da 14 oyuna çıxıb və 3 qola imza atıb.

Yeri gəlmişkən, “Beşiktaş”la müqaviləsinin müddəti başa çatan Kayl Larinin yeni iş yeri müəyyənləşib. İstanbul təmsilçisinin sabiq yarımmüdafiəçisi bundan sonra Belçikanın “Brügge” komandasında çıxış edəcək. 27 yaşlı futbolçu bu klubla 3 illik müqaviləyə imza atıb. Belçika təmsilçisinə azad agent kimi keçdiyi üçün 500 min imza pulu alacaq Larin, burada ilinə 1.6 milyon avro qazanacaq.