"Beşiktaş" futbolçusu Aleks Oksleyd-Çemberlenlə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


32 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. İstanbul kollektivi bu ayrılığa görə futbolçuya 1.750.000 avro təzminat ödəyəcək.


İngiltərəli yarımmüdafiəçi 2023-cü ildən "Beşiktaş"da çıxış edirdi.