Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına park-bulvarda “26 iyun-Silahlı Qüvvələr Günü” münasibətilə kişilər arasında (14-17 yaşa qədər, 17-23 yaşa qədər və 23 yaşdan yuxarı) qol güləşi idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda 24 nəfər iştirak etmişdir. Yarışı idarə etmək üçün baş hakim İlqar Fərzəliyevin (qol güləşi idman növü üzrə məşqçi) rəhbərliyi ilə 3 nəfərdən ibarət hakimlər heyəti təyin edilmişdir.

Gərgin mübarizə şəraitində keçən birincilikdə yerlər aşağıdakı kimi müəyyən edilmişdir:

14-17 yaşa qədər

1.Fərzəliyev Rəvan Vüqar oğlu - I yer

2.Abdullayev Cəsur Siyavuş oğlu - II yer

3.Həsənov Akşin Azər oğlu - III yer

17-23 yaşa qədər

1.Məmmədov Asəf Samir oğlu - I yer

2.Həsənov Aqil Azər oğlu - II yer

3.Hacıyev Nicat Ağaəli oğlu - III yer

23 yaşdan yuxarı

1.Əsədov Sadiq Əli oğlu - İ yer

2.Baxşəliyev Orxan Ziyafət oğlu - II yer

3.Məmmədov Elmir Elçin oğlu - III yer

Qaliblər Bərdə Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları, hakimlər isə diplomlarla mükafatlandırılmışlar.