"Mançester Yunayted"in sabiq futbolçusu Dimitar Berbatov komandanın əfsanəvi baş məşqçisi Ser Aleks Fergüsson haqda danışıb.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, şotlandiyalı mütəxəssisin dövründə Milad bayramını xüsusi adətlərlə qeyd etdiklərini deyib:

"Mançeset Yunayted"də oynadığım vaxtlarda Milad bayramı özəl keçirdi. Əvvəlcə məşq edirdik, sonra yeməkxanaya gedirdik. Aleks Fergüsson və köməkçiləri bizə yemək servisi edirdi. Xoş adət idi. Aramızda bir qardaşlıq bağı olduğunu hiss edirdik. Buna sahib olmaq çox gözəl idi. Bir-birimizlə zarafatlaşıb, əylənənərdik. Evə gedəndə də yemək yeyirdik. Amma qidalanmağımıza diqqət etməyimiz lazım idi. Çünki oyunlarımız var idi. Matçda uduzsaq və ya çəki alsaq, Fergüssonun gözünə görünməməli idik".


Qeyd edək ki, D.Berbatov 2008-2012-ci illərdə "qırmızı şeytanlar"ın formasını geyinib.