"Real"ın futbolçusu Kərim Benzema zədəsini sağaldıb.

Rekord.az "Marca"ya istinadən xəər verir ki, 34 yaşlı hücumçu La Liqanın 30-cu turunda aprelin 2-i keçiriləcək "Selta" ilə matçda iştirak edə biləcək. 

Qeyd edək ki, Benzema zədə səbəbindən La Liqanın 29-cu turunda "Barselona" ilə görüşü (0:4) buraxmışdı. O, zədəyə görə yoldaşlıq oyunları üçün Fransa millisini də çağırılmamışdı.