Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu Madrid “Real”ından ayrılan Kərim Benzemanı heyətinə qatdığını rəsmən açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

35 yaşlı hücumçu 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Benzema 2009-cu ildən “Real”da çıxış edirdi. O, Madrid təmsilçisinin heyətində 648 oyuna 354 qol vurub, 165 assist edib.