"Real"ın baş məşqçisi  Karlo Ançelotti komandanın zədəli hücumçusu Kərim Benzema haqda danışıb.

Rekord.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, o deyib ki, Fransa millisinin üzvü Madrid derbisinə kimi sağalmasa, yığmanın UEFA Millətlər Liqasının heyətində yer almayacaq.

“Bəli, Kərim derbidə oynamasa, millinin düşərgəsinə getməyəcək. Onun bir az problemi var. Keçən ilin dekabrında da onun zədəsi var idi və biz onun öhdəsindən gələcəyini bilirdik. İndi də eyni olacaq. Komanda onsuz da oynaya bilər, biz bunu “Seltik”lə oyunda nümayiş etdirdik. Hazard həmin görüşdə yaxşı oynadı. Ümid edirəm ki, o, "Malyorka" ilə matçda bunu təkrarlaya bilər".

Qeyd edək ki, "Real"ın La Liqada "Atletiko" ilə oyunu sentyabrın 18-də keçiriləcək. Fransa millisi isə Millətlər Liqasında Avstriya (22 sentyabr) və Danimarka (25 sentyabr) ilə qarşılaşacaq.