İspaniyanın "Real" klubu Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Cud Bellingemi transfer edib.

Rekord.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi "kral klubu" ilə 6 illik müqavilə imzalayacaq.

Madridlilər İngiltərə millisinin üzvü üçün "Borussiya"ya 103 milyon avro təzminat ödəyəcək. Oyunçunun yeni komandasında illik məvacibi isə təqribən 10-12 milyon avro təşkil edəcək.

Xatırladaq ki, Cud Bellingem ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində 31 oyuna 8 qol vurub və 5 məhsuldar ötürmə edib.