“Bayern”in futbolçusu Leon Qoretska zədələnib.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Almaniya millisinin düşərgəsində olan zaman xəsarət alıb.

O, Belçikaya qarşı keçirilən yoldaşlıq oyununda (2:3) sıradan çıxıb.

Lakin Qoretskanın zədəsi yüngüldür. Onun Bundesliqada lider “Borussiya”ya (Dortmund) qarşı keçiriləcək oyuna qədər tam sağalacağı ehtimal olunur.

“Bayern” - “Borussiya” görüşü aprelin 1-də keçiriləcək.