“Bayern”in hücumçusu Matis Tel sıradan çıxıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı futbolçu Fransanın 19 yaşadək futbolçularından ibarət milli komandasının heyətində əzələsini zədələyib.

Forvardın zədəsini hansı tarixə qədər bərpa edəcəyi hazırda məlum deyil.

Tel cari mövsümdə Almaniya çempionatında “Bayern”in heyətində 16 oyuna çıxıb və 4 qol vurub.

Xatırladaq ki, Teldən öncə Almaniya millisinin yarımmüdafiəçisi Leon Qoretska da “Bayern”in düşərgəsinə zədəli qayıtmışdı.