“Bayern” 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb
- 13:22
- 22
Almaniyanın "Bayern" klubu 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisi son olaraq Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə Parisdə 4:5 hesabı ilə məğlub olub.
"Bayern" 1994/1995 mövsümündə Çempionlar Liqasının yarımfinalında "Ayaks"a uduzmuşdu – 2:5.
Almaniya və Fransa çempionları arasında cavab oyunu mayın 6-da Münhendə keçiriləcək. Bu matçın qalibi finalda "Atletiko" (İspaniya) - "Arsenal" (İngiltərə) cütünün qalibi ilə qarşılaşacaq.