
“Bayer”də yeni yarımmüdafiəçi
- 12 Avq 2025 16:20
- 42
"Bayer" heyətinə yeni oyunçu qatıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Leverkuzen təmsilçisi "Alkmaar"dan Ernest Pokunu transfer edib. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Poku 2019-cu ildən Niderland klubunun sistemində idi. O, əsas komandada 42 matçda 3 qol və 8 məhsuldar ötürmə verib.