
“Bayer” transfer rekorduna imza atdı
- 16:20
- 52
Leverkuzen “Bayer”i yay transfer pəncərəsində Bundesliqanın yeni rekordunu müəyyənləşdirib.
Rekord.az “transfermarkt”-ə istinadən xəbər verir ki, Almaniya təmsilçisi futbolçuların keçidi üçün 198 milyon avro xərcləyib. Bu, liqa tarixində bir transfer dönəmi ərzində qeydə alınan ən yüksək göstəricidir.
İkinci pillədə 2023/24 mövsümündə 187 milyon avro xərcləyən “Leypsiq”, üçüncü yerdə isə 179,5 milyon avro ilə “Bayern” qərarlaşır.
“Bayer” mövsümə uğursuz startdan sonra baş məşqçi Erik ten Haqla yollarını ayırıb. Komanda ilk iki turda “Hoffenhaym”a 1:2 hesabı ilə uduzub, “Verder”lə isə 3:3 edib. Niderlandlı mütəxəssis cəmi üç ay ərzində klub daxilində bir çoxu ilə konflikt yaşayıb.