
"Bavariya" rəsmisindən növbəti Ronaldo açıqlaması
- 07 Okt 2022 16:00
- 407
"Bayern Münhen" mövsümlərarası fasilədə "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunu transfer etməyi planlaşdırırmış.
Rekord.az xəbər verir ki, bunu Münhen klubunun idarə heyətinin sədri Oliver Kan deyib.
"The Sun" klub rəsmisinin açıqlamasını belə təqdim edib: "Biz Ronaldunun "Bayern"ə keçmə ehtimalını qısaca müzakirə etdik. Yəqin ki, Dortmundda da eyni şeyi etdilər. Təbii ki, Ronaldu kimi super ulduzlar bundesliqaya diqqəti cəlb edən mühüm amildir. O, son onilliyin ən böyük oyunçularından biridir. Ancaq biz dərhal da onu dəvət etmək fikrindən imtina etdik".