Bavariya” Harri Keyndən gözünü çəkmir.

Rekord.az xəbər verir ki, Almaniya nəhənginin onu gələn yay sıralarına qatmaqda qərarlı olduğu iddia edilir.

“Bild” qəzetinin məlumatına görə, Münhen klubu artıq ingilis hücumçu ilə gizli təmas qurub və Harridən “Tottenhem”lə müqaviləsini yeniləməməyi xahiş edib. “Bild”in xəbərində İngiltərə klubunun aparıcı oyunçusu ilə sözləşmənin müddətini DÇ-2022-nin final mərhələsinin startına qədər artırmağı planlaşdırdığı da bildirilib.