
"Bavariya" bu futbolçunun transferindən vaz keçdi
- 21 Fev 2023 13:42
- 577
"Bavariya" "Ayntraxt"ın futbolçusu Randal Kolo Muanini transfer etməkdən vaz keçib.
Rekord.az xəbər verir ki, buna səbəb futbolçunun transefr haqqının yüksək olmasıdır.
Belə ki, "Ayntraxt" PSJ və "Mançester Yunayted"in maraqlandığı futbolçuya 80 milyon avro qiymət qoyub. "Bavariya" isə bu qiymətin adıçəkilən futbolçu üçün yüksək məbləğ olduğunu düşünür.