"Bavariya" 18 oyundur uduzmur
- 06 Fev 2023 11:42
- 363
"Bavariya"nın məğlubiyyətsiz oyunlar seriyası 18-ə çatıb.
Rekord.az xəbər verir ki, Naqelsmannın komandası son turda "Volfsburq"u 4:2 hesabı ilə məğlub edib.
Münxen klubu sonuncu dəfə 2022-ci ilin sentyabrında "Augsburq"a 0:1 uduzub. Həmin gündən sonra keçirdiyi 18 oyunun 14-də qalib gəlib, 4-ndə heç-heçə edib.