
"Barselona"nın yeni müqavilə təklifini qəbul etmədi
- 12 Sen 2022 13:30
- 418
"Barselona"nın futbolçusu Serxio Buskets bu mövsümün sonu klubdan ayrılmağa qərar verib.
Rekord.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Bildirilib ki, ispan yarımmüdafiəçi Kataloniya təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyib. Buskets 2023-cü ilin yayında müqaviləsinin müddəti başa çatdıqdan sonra karyerasını MLS-də davam etdirmək istəyir.
Qeyd edək ki, Buskets bu mövsüm La Liqada 4 oyuna çıxıb.