“Barselona”nın 2022-2023 mövsümündə geyinəcəyi formasının fotosu yayılıb.

Rekord.az "Footyheadlines"ə istinadən xəbər verir ki, ev oyunları üçün nəzərdə tutulan forma üç rəngdən ibarət olacaq.

Forma Kataloniya klubunun 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində istifadə etdiyi formaya bənzəyir.

Yeni formanın təqdimatı 2022-ci ilin yayına planlaşdırılır.