"Barselona"nın prezidenti Joan Laporta hücumçu Usman Dembele ilə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlardan danışıb . 

Rekord.az globo.com-a istinadən xəbər verir ki, o deyib ki, fransız futbolçu PSJ-nin hücumçusu Kilian Mbappedən yaxşı oyunçudur:

“Dembele ilə çox yaxşı münasibətimiz var, o, qalmaq istəyir. Biz də eyni şeyi istəyirik, çünki o, əla oyunçudur. Futbolçunun nümayəndələri onun üçün ən yaxşısını istəyirlər. Dembeledən məmnunam, o, Kilian Mbappedən yaxşıdır”.

Qeyd edək ki, Dembelenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır.