
"Barselona"nın futbolçuları qələbəni elə bayram edirdi ki..."
- 03 May 2022 13:45
- 422
"Real"ın qapıçısı Tibo Kurtua komandasının çempionluğu barədə danışıb.
Rekord.az xəbər verir ki, belçikalı kiper mövsüm sonu baş çatmamış əldə edilən uğur barədə bunları deyib:
"El Klassiko"dan sonra "Barselona" oyunçuları qələbəni elə bayram edirdi ki, sanki onlar çempion olub. Amma biz sakit idik və "Selta", "Xetafe" görüşlərini qalib başa vurmağı fikirləşirdik.
Titulu qazanmaq bizim üçün önəmli idi. Dostlar, ailə, fanatlar da daxil olmaqla hamımız buna hazırlaşırdıq.
"Espanyol"a uduzmalı deyildik. Biz əla mövsüm keçirdik. Mövsümü Çempionlar Liqasını qazanmaqla başa vurmaq istəyirdik".