Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Rekord.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma baş tutub.

Turun maraqla gözlənilən matçı Londonda baş tutub. “Çelsi” doğma meydanda “Bavariya”nı qəbul edib. Münhen təmsilçisi səfərdə darmadağınla qalib gələrək cütün taleyini elə ilk oyundaca həll edib. 

Günün digər oyunu isə İtaliyada keçirilib. Cari mövsümdə A Seriyasında istədiyi kimi çıxış edə bilməyən “Napoli” doğma meydanda “Barselona”nı qonaq edib. Bu oyunda isə qalib müəyyənləşməyib.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları

25 fevral

“Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya) 0:3
Qol: Qnabri, 51; 54. Levandovski, 76.
London. “Stemford Bridc”. Hakim: Klement Turpin.

“Napoli” (İtaliya) – “Barselona” (İspaniya) 1:1
Qol: Mertens, 30 - Qrizmann, 57.
Neapol. “San Paolo”. Hakim: Feliks Brik