“Barselona”nın 34 yaşlı mərkəz müdafiəçisi İnyiqo Martines rəsmən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.


“Əl-Nəsr” öz səhifəsində təyyarə pilotunun yeni gələn futbolçunu elan etdiyi bir video yayımlayıb.


İspaniyalı “Barselona” ilə müqaviləsinə xitam verib və azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. Müqavilə 2026-cı ilə qədərdir və daha bir mövsüm uzatmaq imkanı var.