
"Barselona" rəsmiləri almaniyalının meneceri ilə görüşüb
- 01 Apr 2022 14:43
- 545
"Çelsi"nin futbolçusu Antonio Rüdigerin meneceri və qardaşı "Barselona"nın rəsmilərilə görüşüb.
Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, görüş barselonanın restoranlarının birində baş tutub. Üç saat davam edən görüşdə "Barselona"nı idman direktoru Mateu Alemani və əvəzləyicisi Jordi Kroyf təmsil edib.
Yayda "Çelsi" ilə müqaviləsi sona çatacaq Rüdiger "Barselona"ya keçidə razılıq verə bilər. Bu, ispanların ona edəcəyi təklifdən asılıdı.