"Barselona" zədəli futbolçusu Jerar Pikenin əvəzinə heyətinə yeni müdafiəçi cəlb etməyi planlaşdırır.

Rekord.az "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Ezekiel Qarayla maraqlanır.

Son klubu "Valensiya" olan 34 yaşlı futbolçu hazırda azad agent statusuna malikdir.

Qeyd edək ki, Jerar Pikenin zədə səbəbindən uzun müddət "Barselona"ya kömək edə bilməyəcəyi məlum olub.