
"Barselona" "Milan"a qalib gəldi
- 02 Avq 2023 11:00
- 447
ABŞ-da "Milan" və "Barselona" komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Rekord.az xəbər verir ki, görüş İspaniya nəhənginin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Kataloniyalıların yeganə qolunu 55-ci dəqiqədə Ansu Fati vurub.
"Milan" növbəti yoldaşlıq oyununu avqustun 8-də "Montsa"ya qarşı keçirəcək, "Barselona" isə həmin gün “Tottenhem”lə qarşılaşacaq.